NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-də keçiriləcək NATO sammitində Ukraynaya beş il ərzində silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat verib. 

"Stoltenberq iyul ayında ABŞ-də keçiriləcək sammitdə alyans ölkələrinin liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində 5 il ərzində 100 milyard dollar məbləğində alyans ölkələrinin töhfələri əsasında fond yaratmağı təklif edəcək”, - agentlik qeyd edib.

Vurğulanıb ki, hələlik NATO-nun qərargahından rəsmi təsdiq yoxdur, fond bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir, iyula qədər bu təklifə dəyişiklik edilməsi ehtimalı yüksəkdir.