ABŞ dövlət katibi Antoni Blinken İsveç və Finlandiyanın NATO-ya qəbul prosesi ilə bağlı açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, "İsveç və Finlandiyanın NATO-ya daxil olması Türkiyə ilə ABŞ arasında ikitərəfli məsələyə çevrilməyəcək", - deyə Blinken bildirib.

Türkiyə, Finlandiya və İsveçin NATO-da iştirakı ilə bağlı təhlükəsizlik narahatlıqlarının çatdırıldığını ifadə edən Blinken, "Finlandiya xarici işlər naziri Türkiyənin NATO-ya üzvlük razılaşması ilə bağlı narahatlığına aydınlıq gətirildiyini söylədi".