ABŞ dövlət katibi Antoni Blinken Ankaraya gələcək. 

İqtisadiyyat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə İsrailin Fələstindəki əməliyyatlarını müzakirə edəcəyi gözlənilir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken 5 noyabr bazar günü Ankarada olacaq.

Qeyd edək ki, oktyabrın 30-da iki nazir arasında telefon danışığı olub.

Danışıq zamanı nazir Fidan telefon danışığında Qəzzada ayrı-seçkilik olmadan insanların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.