Bişkekdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti işə başlayıb, iclasda Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan rəhbərləri iştirak edirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda gələn hər bir dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov şəxsən qarşılayıb. Aİİ sammitinin iştirakçıları birgə şəkil çəkdirərək görüşə başlayıblar.

Tərəflər Aİİ inteqrasiyasını dərinləşdirməklə yanaşı, ümumi qaz bazarının və enerji sektorunda idarələrarası şuranın yaradılmasını müzakirə edəcəklər.

Məhəbbət Məmmədov