Biləsuvarda quşçuluq sexində yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Biləsuvar rayonunun Səmədabad kəndində ümumi sahəsi 1800 m² olan quşçuluq sexinin içərisində 50 m² sahədə taxta yonqarı yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.