Bir sıra beynəlxalq aviaşirkətlər HƏMAS ilə müharibə səbəbilə İsrailə uçuşları dayandırıblar.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 8-də "United Airlines", "Delta Air Lines", "American Airlines" və "Air France" kimi aviaşirkətlər ölkəyə uçuşları dayandırıblar.

Çin və İsrail arasında uçuşlar həyata keçirən yeganə aviaşirkəti olan "Hainan Airlines" İsraildəki təhlükəsizlik vəziyyətini əsas gətirərək ölkəyə uçuşları ləğv edib. Aviaşirkət vəziyyətdən asılı olaraq gələcək uçuş planlarına düzəlişlər edəcəyini bildirib.

 

Gözəl Həşimova