Bərdədə evdə yanğın olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, Bərdə rayonunun İmamqulubəyli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.