Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.