Bu il Belarusda taxıl məhsulu ötən ildən daha pis olacaq. Buna görə də hakimiyyət xaricdən təxminən 1 milyon ton taxıl almağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Naziri Sergey Bartoş bildirib.

Onun sözlərinə görə, texnologiyalar işlənib təkmilləşdirilməlidir və o zaman ölkənin aqrar sektoru hava şəraitindən asılı olmayacaq. Nazir qeyd edib ki, iqlim dəyişikliyi ilə əlaqədar fermerlər yeni məhsullar yetişdirməyə başlayıblar.

 

Gözəl Həşimova