Hərbi geyimli silahlı şəxslər Latviya istiqamətindən Belarus sərhədini pozub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Hadisə bu gün, avqustun 30-da Latviya ilə sərhəddə, "Qriqorovşina" keçid məntəqəsində baş verib. Mühafizə kameraları iki naməlum şəxsin Belarus sərhədini qanunsuz keçmə anını qeydə alıb", - məlumatda qeyd olunub.

Belarus Dövlət Sərhəd Komitəsi bildirib ki, silahlı şəxslər Belarus ərazisinə doğru iki metr içəri daxil olub, sərhədi keçib, sonra Latviyaya qayıdıblar.

Minsk müəyyən olunmuş qaydada sərhədi qanunsuz keçmə faktı ilə bağlı Latviya tərəfini məlumatlandırıb.