BƏƏ diplomatlarının 46%-ni, təhsil və səhiyyə işçilərinin isə 75%-ni qadınlar təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankaradakı səfirliyi ölkədə “Qadınlar Günü” kimi qeyd olunan 28 avqust münasibəti ilə məlumat yayıb.

Bəyanatda, BƏƏ prezidenti Mohammed Bin Zayed Al Nahyanın bütün sektorlarda qadınların varlığını dəstəklədiyi vurğulanıb.

Məlumata görə, BƏƏ-də universitet məzunlarının üçdə ikisi qadındır. Qadın məzunların təxminən yarısı isə informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşıblar.

 

Gözəl Həşimova