ABŞ prezidenti Co Bayden Fransada iyunun 9-dək davam edəcək səfərinə bu gün başlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Baydeni "Paris-Orly" beynəlxalq hava limanında Fransanın baş naziri Qabriel Attal qarşılayıb.

Bayden İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən Normandiya əməliyyatının 80-ci ildönümündə Fransada keçiriləcək mərasimə qatılacaq.

Bayden iyunun 8-də Fransa prezidenti Emmanuel Makronla da görüşəcək.

İyunun 8-də Yelisey sarayında keçiriləcək qarşılanma mərasimindən sonra ikili iş yeməyində iştirak edəcək və görüşlərdən sonra mətbuata açıqlamalar verəcək.

 

Gözəl Həşimova