ABŞ prezidenti Co Bayden İsraildəki gərginlik fonunda Ağ Evdə qonaqlıq verib.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, Bayden İsraildəki gərginlik fonunda iqamətgah işçiləri və onların ailələri üçün Ağ Evdə manqal gecəsi təşkil edib. Bildirilib ki, Ağ Evin ərazisində canlı musiqi səsi eşidilib.

Qeyd edək ki, bundan əvvəl Co Bayden İsrailə əlavə yardım əmri verib.

 

Gözəl Həşimova