Türkiyənin Balıkəsir vilayətinin İvrindi rayonunda meşə yanğını baş verib. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonun Gümeli Məhəlləsi kənd ərazisində meşə massivində başlayan yanğının səbəbi məlum deyil.

Yanğına havadan və qurudan müdaxilə edilir.

Balıkesir Meşə Region Müdirliyi və Böyükşəhər Bələdiyyəsinə bağlı xilasetmə qrupları bölgəyə sövq edilib.

Yanğının söndürülməsinə 102 canlı qüvvə, 10 su çiləyən maşın, 6 su təchizatı maşını, 3 dozer, 2 ilkin müdaxilə maşını, həmçinin 2 təyyarə və 4 helikopter cəlb olunub.