'Nyu Sfera' şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsrulla oğlu Quliyev Azərbaycanda qara metallar bazarında iri subyekt olan 'Baku Steel Company' (BSC) MMC-ə nəzarət etməyə başlayıb. Nəzarət 'Politon' MMC vasitəsilə həyata keçirilir.

Hüquqi Şəxslərin Reyestrinə əsasən, yaxın vaxtlardan İman Quliyev yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan 'Politon' şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50% pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC 'Politon'-un nəzarətindədir. (Contact)

İQTİSADİYYAT.AZ