Paytaxtın Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi isə Rəşid Behbudov küçəsində Mərkəzi Bankın qarşısında qeyd alınıb.

Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.