Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

14.50

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.