Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb. Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.