Bakının Suraxanı rayonunda içərisində hərbiçələrin də olduğu ehtimal edilən avtomobil qəzaya düşüb.

İqtisadiyyat.az-ın məlumatına görə, nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəza ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə xəsarət alanların hərbi formada olduğu görünür.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, qəza bu gün saat 11:30 radələrində "Chevrolet" markalı avtomobillə törədilib.

Fakt araşdırılır. /report