Bakıda avtomobildə baş verən yanğın tıxaca səbəb olub.

İqtisadiyyat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil anidən alışmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Yanğın geniş yayılmamış söndürülüb.