Bakıda avtomobil piyadanı vurub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şirinov Vüsal Vidadi oğlu idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçmək istəyən piyada Həsənzadə Məhəmmədəli Əbilhəsən oğlunu ehtiyatsızlıqdan vurub.

O, aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.