Bakıda 78 yaşlı qadını avtomobil vuraraq öldürüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

1995-ci il təvəllüdlü Ələkbərov Rəfael Rafət oğlunun idarə etdiyi "BMW" markalı avtomobil yolu keçən piyada 1945-ci il təvəllüdlü Penkova Lidiya Aleksandrovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.