Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb.

İqtisadiyyat.az xəbər verir ki, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonnajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.

Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.//Report//