"Mover" MMC və onun təsisçisi Şəmistanlı Arif Hacı oğlu məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı "Paşa Bank" Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit müqaviləsi üzrə mübahisələri ilə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl “Mover” MMC rəsmi olaraq olmasa da faktiki olaraq fəaliyyətini dayandırdığını açıqlayıb. Daha əvvəl isə "Bank Respublika" və "Ferrum Kapital" da Kredit borcu ilə bağlı şirkəti məhkəməyə verib.