"Goran-Cotton" MMC "Azərişıq" ASC-ni məhkəməyə verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti məlum olmasa da, icraata götürülüb və iddiaya hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Prosesdə qərar elan olunacaq.

Qeyd edək ki, "Goran-Cotton" pambıq emalı və istehsalı şirkətidir.