"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün ilkin şərtlər var. Qarabağın mülkiyyəti ilə bağlı əsas məsələ indi həll olunub. Belə ki, məlum proses Ermənistanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması ilə yekunlaşıb. Biz düşünürük ki, istənilən halda bu müqavilə, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun olacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dimirti Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağda davamlı atəşkəsə və təxliyə edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir.

 

Gözəl Həşimova