Azərbaycan və Çin arasında Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinə səfər zamanı Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşdük. Dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən etdik", - deyə o qeyd edib.