Azərbaycan bu ilin yanvar-avqust aylarında Yunanıstana 403,2 milyon dollar dəyərində 656,5 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 dəfə, dəyər baxımından isə 314,3 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə Yunanıstan Azərbaycandan ən çox neft idxal edən 8-ci ölkə olub.

 

Gözəl Həşimova