Azərbaycandan bu ilin yanvar-avqust aylarında Türkiyəyə neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 1 milyon ton təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 611,4 milyon dollar olub. Bu da illik müqayisədə 3,5 dəfə və ya 437,8 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova