Emal sənayesində bu ilin yanvar-iyun aylarında 8797 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,5%, qida məhsullarının istehsalında 11,9%, tütün məmulatlarının istehsalında isə 7% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 69,5%, unlu qənnadı məmulatlarının istehsalı 24%, siqaret istehsalı 21,4%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 4,5% artıb.

 

Gözəl Həşimova