Azərbaycan bu ilin yanvar-iyul aylarında 18,7 milyon dollar dəyərində 63 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 28,1% çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,20%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 14,6 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova