Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 15,65 mln ton neft nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 12,53 mln ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 1,79 mln ton tranzit nefti də nəql edilib.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəqletmənin həcmi illik müqayisədə 5,4%, BTC ilə nəql 6,6%, tranzit neftinin nəqli 9,8% azalıb.Report