“Gəncə Şərab-2” ASC 2020-ci ili 3,594 milyon manat xalis mənfəətlə başa vurub.

İqtisadiyyat.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,1% çoxdur.

Ötən il “Gəncə Şərab-2”nin vergiyəqədərki mənfəəti 4,492 milyon manat (əvvəlki ilə nisbətən 27,1% çox), mənfəət vergisi ödəmələri isə 898 min manat (27% çox) təşkil edib.

Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 milyon manatdır.