Lerikdə yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın olub.

İqtisadiyyat.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb. 

Hadisə sübh saatlarında qeydə alınıb. Yanğın zamanı mərkəzdə yerləşən beş qonaq evi tamamilə kül olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.