Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.