2019-cu ildə Azərbaycanda 6 min ton tütün yığılıb.

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə tütün istehsalı 4,4% artıb. 

2019-cu ildə 3,1 min hektar sahədə tütün əkilmişdi.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehsalın azalması tütün üçün əkin sahələrinin 0,2 min hektar azalması ilə əlaqədardır.

Keçən il tütünün məhsuldarlığı 1 hektardan 19,3 sentnerə yüksəlib.

Qeyd edək ki, 2018-ci ildə 3,3 min hektar sahədən 6,3 min ton tütün yığlmışdı, məhsuldarlıq isə 19 sentner təşkil etmişdi.