Bu gün dünyanın bir çox ölkələrində ətin qiyməti keyfiyyətinə, heyvanın cinsinə və digər amillərə görə tənzimlənir. Avropa Birliyinə üzv dövlətlərdə, həmçinin ABŞ-da da bu təcrübə həyata keçirilir. Təqdim olunan qiymətlər, üzərindəki təsnifat, yağlılıq dərəcəsi, heyvanın cinsinə nəzər yetirməklə həm münasib qiymətə ət seçmək, həm də ətin keyfiyyətli olub-olmamasını müəyyənləşdirmək mümkündür. Həmçinin bir müddət öncə Türkiyədə də ətin qiyməti ilə bağlı yeni siyasət müəyyənləşib.
Maraqlıdır, bu proqram Azərbaycanda tətbiq olunarsa, nə kimi töhfələr verə bilər?
İqtisadiyyat.az-nın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-Azərbaycan-a açıqlamasında belə bir proqramın ölkəmizdə tətbiqinin təsirlərindən danışıb:
"Elə ət məhsulları var ki, onların qiyməti kifayət qədər yüksəkdir. Bu cür ət məhsulları Cənubi Amerika və Avstraliyadan gətirilir. "Mərmər at" deyilən bir anlayış var. Bu ətin kilosu çox bahadır, bəzi hallarda 100 dollardan (170 AZN) da yüksək olur. Bunun da bəlli səbəbləri var. O səbəbdən düşünürəm ki, bütün ət məhsullarının müəyyən kateqoriyalarla təsnifləşdirilməsi müsbət hal kimi qiymətləndirilə bilər".
N.Cəfərli qeyd edib ki, bu siyasətin reallaşdırılması üçün Azərbaycanda infrastruktur yaradılmalıdır: "Bir sıra ölkələrdə ətin qiyməti onun keyfiyyəti, kalorisi, cinsi, yağlılığı və digər amillərdən asılı olaraq dəyişilir. Bu siyasət həmin ölkələrdə uğurla reallaşdırılır. Lakin Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb. Bunun üçün ilk olaraq potensial istehsalçıların qeydiyyatı aparılmalıdır".
"Azərbaycanda ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün biz ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmlərə sahib deyilik . Bundan sonra isə ətlər markalanmalıdır. Növbəti mərhələdə isə prosesin daha asan reallaşması üçün elektron fəaliyyətə keçirilməlidir" – deyə ekspert əlavə edib.
N.Cəfərli hesab edir ki, bu siyasət ölkəmizdə də tətbiq edilərsə, ətin markalaşması prosesi istehsalçıların qeydiyyata alınması ilə paralel həyata keçirilməlidir: "Markalaşma olduqdan sonra ətin təbiiliyi, yağlılığı, heyvanın cinsinə görə qiymət fərqləri yarana bilər. Avropada elə ərzaq dükanları var ki, orada heyvanın yemində heç bir qatqıdan istifadə olunmayan kənd təsərrüfatı məhsulları satılır. Bu məhsullar sırasında ət məhsulları da var və qiymətlər digərləri ilə müqayisədə fərqlidir".
"Azərbaycanda da belə bir praktikanın həyata keçirilməsi ilk olaraq alıcılar üçün daha müsbət addım kimi qiymətləndirilə bilər. Çünki yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq" – deyə o qeyd edib.
Bu gün Azərbaycanda ətin keyfiyyəti və tərkibindən asılı olmayaraq qiyməti 10-14 manat arasında dəyişilir. Ölkədə orta aylıq əmək haqqının 544.1 manat olması isə əhaliyə kifayət qədər ət istehlak etməyə imkan vermir. Məhz bu səbəbdən də Azərbaycanda adambaşına düşən ət istehlakı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. chartsbin.com-un hesabatına görə, ölkəmizdə ət istehlakında adambaşına düşən illik rəqəm 32 kiloqramdır.
İllik olaraq ət istehsalı ilə bağlı rəqəmlərə nəzər saldıqda Azərbaycanın bir sıra ölkələrdən geridə olduğunu görə bilərik. ourworldindata.org-un yayımladığı son hesabata görə, Azərbaycanda 122.370 ton ət istehsal olunub. Rusiyada bu rəqəm 3.77, İranda 2.8, Türkiyədə 1.91, Ukraynada 1.17, Cənubi Afrikada 1.71 milyon ton ət istehsal olunur. ABŞ-da isə bu rəqəm qat-qat yüksək olaraq, 20.39 milyon təşkil edir.
![](https://iqtisadiyyat.az/userfiles/files/iqtisadiyyat_az.png.pagespeed.ce.xUp7-E0vR1.png)
Xəbər lenti
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 İyul,14:10
Paris-2024: Daha bir cüdoçumuz üçün mübarizə başa çatdı
28 İyul,14:00
Qərbi Azərbaycan İcması bəyanat yayıb
28 İyul,13:55
Qəzzada ölənlərin sayı açıqlanıb
28 İyul,13:38
Azərbaycanda bəzi çaylardan sel keçir - VİDEO
28 İyul,13:24
Astarada leysan elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurdu
28 İyul,13:19
Daha iki tələbə vəfat edib - FOTO
28 İyul,12:58
Sabah hava necə olacaq?
28 İyul,12:44
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırdı
28 İyul,12:34
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
28 İyul,12:32
Azərbaycanda bəzi çaylardan sel keçib
28 İyul,12:21
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
28 İyul,12:17
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü - VİDEO
28 İyul,12:08
Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
28 İyul,11:48
Ayətullah Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
28 İyul,11:37
Yaponiya, Cənubi Koreya və ABŞ müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb
28 İyul,11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 İyul,11:06
“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - FOTO
28 İyul,10:58
Kamala Harrisin prezident seçkilərində mümkün partnyorları məlum oldu
28 İyul,10:41
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
28 İyul,10:19
Orban: "AB Ukrayna savaşını artıq uduzub"
28 İyul,10:02
Venesuelada prezident seçkiləri keçiriləcək
28 İyul,09:49
Paris-2024: Azərbaycanın 3 idmançısı mübarizəyə başlayır
28 İyul,09:33
ABŞ və Yaponiya müdafiə sahəsində əlaqələrini gücləndirir
28 İyul,09:27
Vyetnamda 5,1 bal gücündə zəlzələ olub
28 İyul,09:13
Bu gün 1000-dən artıq abituriyent imtahan verəcək
28 İyul,09:01
Ombudsman Aparatının mətbuat katibi vəzifəsindən azad olunub
27 İyul,23:46
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 İyul,22:12
DİN-dən xəbərdarlıq: Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər
27 İyul,21:46
Somalinin naziri Sumqayıt Kimya Sənaye Parkında olub
27 İyul,21:28
Azərbaycan millisi Avropa çempionatının finalına yüksəldi
27 İyul,20:58
Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub
27 İyul,20:41
Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib – FAKTİKİ HAVA
27 İyul,20:03
Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi
27 İyul,19:46
Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb
27 İyul,19:18
Ölkə ərazisində faktiki hava açıqlanıb
27 İyul,19:09
Daşkəsəndə gəlin qaynanasını baltalayıb
27 İyul,19:00
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır
27 İyul,18:22
ÇL: “Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
27 İyul,18:01
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris2024-də pozulmasına dair bəyanat yayıb
27 İyul,17:38
Çox oxunanlar
Ağadadaş Ağayevlə bağlı baş verən insidentin anbaan görüntüləri - VİDEO
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
Ağadadaş Ağayev xadiməyə balta ilə niyə xəsarət yetirib? - TƏFƏRRÜAT - YENİLƏNİB-2
Cəmiyyətin boşanma problemi: ailələr niyə dağılır?
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
Aksiz dərəcələri artırıldı: Azərbaycanda siqaret bahalaşacaq?
Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA
ÇL: "Qarabağ" səfərdə "Linkoln"u məğlub etdi
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
Xırdalandakı “Kristal Abşeron”u niyə üfunət bürüyüb? - AÇIQLAMA - FOTO
Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - FOTO
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
"MedEra Hospital"ın Ağadadaş Ağayevi döyən müfahizəçisi saxlanıldı
“AzInTelekom” milyonluq tenderi “sevimli şirkət”inə verdi
Natiq Əmirova ağır itki üz verib
Azərbaycanda metro və avtobuslardan istifadə artıb - CƏDVƏL
KL: "Sumqayıt" "Fehervar"a məğlub oldu
Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Azərbaycanda un ucuzlaşıb - RƏSMİ
Taxıl biçini yekunlaşır, buğda məhsuldarlığı aşağı düşüb: bahalaşma olacaq?
Azərbaycanda icra başçısına ağır İTKİ
"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibləri bilindi
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
VK-nın Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz yaralanıb
Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
Azərbaycanda ilk dəfə abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb
Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib - FOTO
Bu il dünyada ən yüksək maaş alan liderlər - SİYAHI
"G7" ölkələrinin borcu nə qədərdir? - SİYAHI
"Coca-Cola"nın qazancı 5% azaldı
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb
Banklar problemli kreditləri necə azaldıb? - AÇIQLAMA
Hikmət Hacıyev: İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında medianın rolunu daim yüksək qiymətləndirib
Hakimliyə namizədlərə yazılı imtahan keçirilib
Vəkillər Kollegiyasının 3 üzvü IV “Yüksəliş" müsabiqəsinin qalibi olub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi