Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrinin inzibati binalarına istilik sistemi çəkiləcək.

İqtisadiyyat.az xəbər verir ki, istilik sistemi Dövlət Xidmətinin beş rayondakı şöbələrini və paytaxtın Xəzər rayonundakı idarəsini əhatə edəcək. 

Belə ki, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik rayon şöbələrinin və Xəzər rayon idarəsinin inzibati binalarında istilik sistemi təchiz olunacaq.