2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 401.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0.5% artıb.

Bu ilin 4 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.