Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4 , Biləsuvar, Cəlilabad , Masallı , Yardımlı, Lənkəran, Lerik, Şirvan , Zərdab, Ağdam , Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə İqtisadiyyat.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yenilənmiş verilənlərə əsasən, seysmohadisənin maqnitudası 5 olub.

***

22:16

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə İqtisadiyyat.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

***

22:14

Azərbaycanda zəlzələ olub. 

İqtisadiyyat.az xəbər verir ki, zəlzələ Saatlı, Ağcabədi, Zərdab və ətraf rayonlara hiss olunub.

Ətraflı məlumat veriləcək.