Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 641,1 milyon ABŞ dolları məbləğində 641,7 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8% çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,03 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 593,3 milyon ABŞ dolları dəyərində 572 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova