"İranın paytaxtı Tehranda “3+3” görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında qeyri-rəsmi görüş keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "NEWS.am"a bildirib.

Onun sözlərinə görə, bu cür platformalar üçün qeyri-rəsmi təmaslar adi haldır.

 

Gözəl Həşimova