Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında bildirib.

"Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə iki ölkənin enerji sahəsində əlaqələrinin inkişaf perspektivlərini, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçirdik. Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığımıza verdiyi töhfələri vurğuladıq", - deyə nazir qeyd edib.