"İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətlə qınayırıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - məlumatda deyilir.