Azərbaycan ilin sonundaək tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərindən yararlanacaq ukraynalı uşaqların sayını artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışında deyib.

Nazir Ceyhun Bayramov, Azərbaycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən, 27 fevral 2022-ci il tarixindən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anladığımızı bildirib.

Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasının planlaşdırıldığı qeyd edilib.