Azərbaycan bu ilin yanvar-avqust aylarında Portuqaliyaya 147,7 milyon dollar dəyərində 230,5 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 69%, dəyər baxımından isə 399,1 milyon dollar və ya 73% azdır.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 156,5 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova