Ötən il ərzində Gürcüstandan Azərbaycana 79 250 baş iribuynuzlu heyvan ixrac edilib. 

İqtisadiyyat.Az xəbər verir ki, APA-nın yerli bürosunun Gürcüstan Milli Ərzaq Agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, ötən il Gürcüstan ümumilikdə 127 139 baş mal-qara ixrac edib ki, bunun da 47 889 başı İraqa ixrac edilib.

Hesabata əsasən, Gürcüstanda mal-qaranın azalması ölkə daxilində ət qiymətlərinin bahalaşmasına səbəb olub. Ötən ay bazarlarda 1 kiloqram ətin qiyməti 18 lari təşkil edib. İyul ayında isə qiymət 2 lari artaraq 20 lariyə bərabər olub.