Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa  düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.