Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 464,2 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 3,4% azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal isə 1,4 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 12,3% azdır.

Bu ilin 4 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarətində lider Rusiya olub:

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

125,4 milyon dollar

Qazaxıstan

87,2 milyon dollar

Qırğızıstan

24,7 milyon dollar

Moldova

3,4 milyon dollar

Özbəkistan

50,9 milyon dollar

Rusiya

1,3 milyard dollar

Tacikistan

2,2 milyon dollar

Türkmənistan

150,6 milyon dollar

Ukrayna

152,9 milyon dollar

 

Gözəl Həşimova