“Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atıb.